Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
- Layihələr üzrə smetaların hazırlanması və yoxlanması;
- İş həcmi, əməkhaqqı, material və texnika xərclərinin hesablanması;
- Sənədlərin normativ bazaya uyğunluğunun təmin edilməsi;
- Dəyişiklik işləri və əlavə smetaların hazırlanması;
- Podratçılar və sifarişçilərlə smeta məsələləri üzrə koordinasiya;
- Tender üçün texniki-iqtisadi əsaslandırma və büdcə formalaşdırılması.
İş şəraiti:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
- İş yeri: “BakuBus” MMC;
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (Tikinti mühəndisliyi, İqtisadiyyat, İnşaat texnologiyaları və ya əlaqəli sahələr);
- 1–3 il smeta tərtibatı, layihə-smeta sənədləşməsi və ya tikinti sahəsində iş təcrübəsi;
- Tender smetaları, iş həcmlərinin çıxarılması və büdcə hesablaması üzrə təcrübə üstünlükdür;
- Smeta proqramlarında sərbəst işləmək: (Grand Smeta, Smeta.RU, Turbosoft AUTOCAD, ARCHİCAD və s.);
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- AR dövlət normativləri, vahid qiymətlər və təmir-tikinti normativlərinin yaxşı bilinməsi;
- Modul və obyekt smetalarının tərtibatı, iş həcmlərinin işçi layihələrdən çıxarılması;
- Tikinti materialları, avadanlıqlar və işlər üzrə cari bazar qiymətlərinin tanınması;
- Texniki şərtlər və layihə-smeta sənədlərinin oxunması və təhlili.
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır;
- Smeta üzrə sertifikatların olması üstünlükdür.