Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
- Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasına və prosesə rəhbərlik etmək
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə tərtib olunmuş, təsdiq edilmiş smeta və texniki sənədlərin təhlilini aparmaq
- MEP sahəsinə aid iş həcmlərinin analizini həyata keçirmək və nəticələrə nəzarət etmək
- Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılması üçün təkliflər vermək
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılmasına rəhbərlik etmək və rəy/arayışların hazırlanmasını təmin etmək
- Layihəyə əsasən iş həcmlərinin çıxarılmasına nəzarət etmək
- Layihələr üzrə büdcə risklərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
- Smetaya uyğun texniki və maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək
- Təklif və razılaşma qiymətlərinin hesablanmasını analiz etmək, yekun smeta sənədlərini formalaşdırmaq
- İnşaat və texniki şöbələrdən daxil olan məlumatların maliyyə baxımından təhlilini aparmaq və əlaqəli tərəfdaşlarla koordinasiyanı təmin etmək
- Layihə icrası zamanı dəyişikliklərə uyğun olaraq smeta sənədlərinə düzəlişlərin edilməsinə rəhbərlik etmək
- Layihə-smeta sənədlərinin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək
- Layihələr üzrə aylıq texniki və maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək (Forma 2, Forma 3, xərc analizi və s.)
- Podratçıların təqdim etdiyi yerinə yetirilmiş iş aktlarını və hesabatları yoxlamaq və təsdiqləmək
- Sahələrdən daxil olan texniki hesabatların ümumi yoxlanışını və yekun analizini aparmaq
- Smeta mühəndislərindən ibarət komandanın işinə rəhbərlik etmək və metodiki dəstək göstərmək
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
Tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (o cümlədən aparıcı və ya senior vəzifədə təcrübə arzuolunandır)
- Microsoft Office (MS Word, MS Excel, MS Outlook), AutoCAD proqramlarını yüksək səviyyədə bilmək
- Müvafiq sahə üzrə ali təhsil
- Analitik düşünmə, planlaşdırma və qərarvermə bacarıqları
- Müvafiq normativ-hüquqi aktları, tikinti norma və qaydalarını yaxşı bilmək
- Komanda idarəetmə və koordinasiya bacarıqları
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.a
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.