AS İnşaat-N

Smetaçı mühəndis

AS İnşaat-N
2500 - 3000 ₼
479
Tam iş günü
Bakı, Azərbaycan
15/07/2026 - 29/07/2026

İş haqqında məlumat

  • Maliyyə-smeta sənədləri hazırlayır
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəliş aparır
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir
  • Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür
  • Smeta sənədlərinin uçotunu aparır, smeta-maliyyə hesablamalarını sistemləşdirir
  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir
  • F-2 -lərin yazılmasını və qəbulunu həyata keçirir
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.

İş şəraiti

  • İş rejimi: 6 günlük 09:00-18:00
  • İş yeri: Qaradağ rayonu Ələt qəsəbəsi (“Enerji Servis Qrup” MMC)
  • Əmək haqqı: 2500-3000 AZN
  • Gediş gəliş üçün servis xidməti və Nahar şirkət tərəfindən təmin edilir.

Tələblər

  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilməli.
  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla), Rus,İngilis dilləri (yaxşı)
  • Microsoft office (yaxşı), 1C, Auto CAD (yaxşı)

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun