Veysəloğlu Şirkətlər Qrupu

Smetaçı Mühəndis

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
309
Tam iş günü
Bakı, Azərbaycan
10/09/2026 - 24/09/2026

İş haqqında məlumat

  • Layihələr üzrə xərc smetalarını, büdcələri və maliyyə proqnozlarını hazırlamaq. Əsaslı Tikinti, MEP və infrastruktur layihələri üzrə verilmiş həllər əsasında iş həcmlərinin hazırlanması (BOQ) qiymətləndirilməsi, dəyər analizinin aparılması vaxtında təhvil verilməsi və rəhbərliyə əsaslandırılmış hesabatların təqdim edilməsi.
  • Layihənin bütün mərhələləri üzrə büdcənin icrasını izləmək və maliyyə intizamının qorunmasını təmin etmək. Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
  • Xərclərin optimallaşdırılması və layihənin dəyərinin artırılması istiqamətində təkliflər hazırlamaq.
  • Layihələrin maliyyə göstəricilərini təhlil etmək və mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək.
  • Layihə qərarlarının maliyyə təsirini qiymətləndirmək.
  • İş həcmlərinin dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması;
  • Həcm hesablamalarını və xərc hesablamalarını hazırlamaq
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək.
  • Təklifləri kommersiya baxımından qiymətləndirmək və müqayisəli təhlillər aparmaq
  • Tikinti müqavilələrinin maliyyə və kommersiya baxımından icrasına nəzarət etmək.
  • Faktiki xərcləri təsdiq edilmiş büdcə və proqnozlarla müqayisə etmək.

 

Tələblər

  • İnşaat mühəndisi ixtisas üzrə bakalavr dərəcəsi;
  • Oxşar vəzifədə azı 3 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - üstünlükdür;
  • Kompüter bilikləri – MS Office proqramları, AutoCAD;
  • Detallara qarşı diqqətcil olmaq;
  • Komanda ilə işləmək bacarığı.

    İş şərtləri:
  •  İş məkanı: Azure Biznes Mərkəzi
  •  Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  •  İş rejimi: 5 gün (həftəiçi)
  •  Nahar: Təmin edilir
  •  Servis Xidməti Mövcuddur