Balique

SMM / Kontent üzrə Mütəxəssis

Balique
Ə/h razılaşma ilə
663
Tam iş günü
Bakı, Azərbaycan
07/04/2026 - 21/04/2026

İş haqqında məlumat

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması
  • Aylıq və həftəlik kontent planlarının hazırlanması
  • Sosial media üçün kreativ mətn, vizual və video kontent ideyalarının hazırlanması
  • Paylaşımların vaxtında və plan üzrə yerləşdirilməsi
  • Online satıcıların mesajlarının izlənilməsi
  • Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması
  • Trendlərin və rəqiblərin təhlili, yeni ideyaların təklif edilməsi
  • Dizayner və marketinq komandası ilə koordinasiyalı iş

Biz təklif edirik:

  • Peşəkar və dinamik komanda
  • Karyera və inkişaf imkanları
  • Rəqabətli əmək haqqı
  • Rahat iş mühiti

Tələblər

  • SMM və ya kontent sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Sosial media platformalarının iş prinsipini yaxşı bilmək
  • Azərbaycan dilində səlis yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür)
  • Kreativ düşüncə və məsuliyyətlilik
  • Analitik düşünmə və hesabat hazırlamaq bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.