QALAN

SMM Menecer

QALAN
800 - 1000 ₼
16338
Tam iş günü
Bakı, Azərbaycan
24/12/2025 - 24/01/2026

İş haqqında məlumat

Beynəlxalq təhsil platforması QALAN sosial şəbəkələrimizi sistemli şəkildə inkişaf etdirəcək, brendi gücləndirəcək və kontenti real müraciətlərə və müştərilərə çevirəcək SMM-mütəxəssis axtarır.
Platformamız 7 ildən çoxdur fəaliyyət göstərir və bu müddət ərzində 4 ölkədə 60.000-dən çox şagird təhsil almışdır.

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi və inkişafı (Instagram, TikTok, Facebook, YouTube)
  • Kontent-planların hazırlanması: rubrikator, mövzular, paylaşımların strukturu
  • Post və storilərin yazılması — aydın, canlı və cəlbedici üslubda
  • Vizual ilə işləmək: kontentin seçilməsi və redaktəsi, dizayner və videoqrafla əməkdaşlıq
  • Paylaşımların effektivliyinin analizi: əhatə, engagement, abunəçi artımı, lead-lər
  • Targetoloq ilə birlikdə reklam kampaniyalarının işə salınmasında iştirak
  • Sosial şəbəkə trendlərinin izlənməsi və brend üçün uyğunlaşdırılması
  • Gündəlik və həftəlik hesabatların hazırlanması

Biz nə təklif edirik:

  • Stabil əməkhaqqı: 800–1000 AZN
  • İş qrafiki: 10:00 – 19:00
  • Dinamik və gənc komanda ilə iş
  • Təlim, inkişaf və peşəkar yüksəliş imkanları
  • Dostyana mühit, komanda dəstəyi və açıq kommunikasiya
  • Nəticəyə görə bonuslar: abunəçi artımı, lead-lərin çoxalması, uğurlu kampaniyalar
     

Tələblər

  • SMM sahəsində azı 1 il iş təcrübəsi
  • Rus dilində sərbəst və savadlı yazı bacarığı — mütləqdir
  • Instagram, TikTok və Facebook alqoritmlərini anlamaq
  • Kopiraytinq bacarığı: yüngül, aydın və “suzsuz” yazmaq
  • Hədəflənmiş reklamın əsas prinsiplərini başa düşmək
  • Analitika ilə işləmək bacarığı: əhatə, ER, CTR və digər əsas metriklər
  • Kreativlik, stil və vizual zövq
  • Namizədin yaşı: 18–25 yaş
  • Məsuliyyətlilik, dəqiqlik və vaxtında icra

Üstünlük sayılacaq:

  • Foto və video çəkilişi bacarıqları, əsas montaj (CapCut, Adobe Premiere, Canva)
  • Blogerlərlə və influenserlərlə iş təcrübəsi: axtarış, danışıqlar, inteqrasiyalar
  • Əgər sosial şəbəkələrdə yaşayırsansa, kontent yaratmağı sevirsənsə və öz işinin nəticələrini rəqəmlərdə görmək sənə motivasiya verirsə — CV-ni göndər! 

Müraciət üçün:
[email protected]
077 325 10 81


Oxşar vakansiyalar