Bakı,
Azərbaycan
05.09.2025 12:31
-
05.10.2025 12:00
İş haqqında məlumat
RAM Servis, 2003-cü ildən fəaliyyət göstərən rent-a-car şirkəti olaraq, rəqəmsallaşma istiqamətində öz marketinq komandasını qurur və bu komandanın bir hissəsi olacaq təcrübəli SMM mütəxəssisi axtarır. SMM mütəxəssisinin komandada vəzifəsi şirkətin rəqəmsal dünyadakı mövqeyini gücləndirmək və sosial media kanallarını inkişaf etdirməkdir.
- Brend üçün sosial media strategiyasının hazırlanması (Instagram və TikTok üzrə);
- Hədəf auditoriyanın təhlili və onların istək, ehtiyaclarının müəyyən edilməsi;
- Mesajlara və rəylərə (comment) operativ cavab verilməsi;
- Müntəzəm olaraq postların paylaşılması;
- Həftəlik və aylıq kontent planının hazırlanması;
- Videolar üçün kreativ ideyaların və ssenarilərin yazılması;
- Postların “description” bölməsinin hazırlanması;
- Reklam üçün satış yönümlü mətnlərin yazılması;
- Qrafik postların başlıq və alt başlıqlarının yazılması;
- İnstagram Stories üçün aktiv və maraqlı məzmunların paylaşılması, rubrikaların hazırlanması;
- Reels formatında qısa videoların hazırlanması və montaj edilməsi;
- Görülən işlərin nəticələrinin rəqəmsallaşdırılması və ölçülməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması.
We offer
- İş qrafiki: B.e-Cümə, 9:00-18:00;
- Əməkhaqqı müsahibə nəticəsinə əsasən müəyyən ediləcək;
- Sabit əmək haqqı + KPI. Sabit əmək haqqı ilə yanaşı, hər ay təyin olunmuş KPI göstəricilərinə əsasən əlavə ödəniş;
- Real layihələrdə təcrübə qazanmaq və bacarıqları inkişaf etdirmək imkanı.
Müraciət üçün:
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SMM mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər
Tələblər
- SMM sahəsində minimum 1 illik iş təcrübəsi;
- Güclü analitik düşünmə bacarığı;
- CapCut və ya oxşar proqramlarda video montaj bacarığı;
- Yaradıcı və trendlərə uyğun düşüncə tərzi;
- Kreativ kontent yaratma bacarığı ;
- Rəqəmsal marketinq üzrə biliklər (üstünlük hesab olunur).