Bakı,
Azərbaycan
19/12/2025
-
02/01/2026
İş haqqında məlumat
- Sosial media şəbəkələri üzrə postları və digər məzmunları dizayn etmək (Facebook, İnstagram, şirkət saytı və s.)
- Şirkətin sosial media hesablarını (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə etmək
- Paylaşımlar üçün məzmun planı (content plan) hazırlamaq və həyata keçirmək
- Sosial mediada reklam kampaniyaları (Meta Ads, TikTok Ads və s.) qurmaq və nəticələrini analiz etmək
- Sosial media trendlərini izləmək və onları şirkət kontentinə tətbiq etmək
- Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
- Şirkətin imicinə və brend tonuna uyğun sosial media üslubu formalaşdırmaq
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
İş Rejimi:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 10:00-dan19:00-kimi (şənbə günü növbəli və qısa iş günüdür)
- İş yeri: Şərq bazarın yaxınlığı (metro 28 may)
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1000-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil: Ali təhsil (marketinq, biznes, kommunikasiya və ya oxşar sahə üzrə arzuolunandır)
- İş təcrübəsi: SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 2 il iş təcrübəsi (İT , Elektronika sahəsində baza biliklərinin olması üstünlükdür)
- Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı, Rus dili biliyi arzuolunandır
- Canva və Adobe proqramlarında (Photoshop, Illustrator və s.) işləmə bacarığı
- Telefon və ya kamera ilə video çəkilişi, montajı və sosial şəbəkələr üçün uyğunlaşdırma bacarığı
- Kreativ yanaşma və yeni ideyalar təklif etmə bacarığı
Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SMM mütəxəssisi” yazaraq "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.