Intermak Group

SMM üzrə Menecer

Intermak Group
700 - 800 ₼
1898
Tam iş günü
Bakı, Azərbaycan
11.08.2025 10:32 - 11.09.2025 12:00

İş haqqında məlumat

  • Gündəlik gələn zənglərin və sorğuların cavablandırılması və aidiyyatı üzrə yönləndirilməsi;
  • Sosial media platformaları üçün strategiyanın hazırlanması və həyata keçirilməsi;
  • Kontent plan və post planlarının tərtib edilməsi;
  • Kreativ kopiraytinq bacarıqları ilə maraqlı və cəlbedici məzmunun hazırlanması;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması;
  • Sosial media trendlərinin və yeniliklərinin izlənilməsi və tətbiq edilməsi.

Əlavə qeyd - İş üçün müraciət edən namizədlərdən portoliosunun və ya dizayn nümunələrinin göndərilməsi tələb olunur.

İş şəraiti

  • İş qrafiki - 6 günlük;
  • Həftə içi 09:30 – 17:30;
  • Şənbə 10:00-15:00;
  • İş yeri: Bakı, Babək pr. 2360;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı – 700-800 AZN.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Səlis nitq qabiliyyəti;
  • Cinsi - Qadın;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili yaxşı,Rus dili üstünlükdür;
  • İş təcrübəsi: 1-3 il;
  • Komandada işləmək qabiliyyəti;
  • MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir;
  • Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
  • Canva, Adobe İllustrator programlarında sərbəst işləmək bacarığı.