Bakı,
Azərbaycan
22.09.2025 03:40
-
22.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin sosial media hesablarının idarə olunması və inkişafı;
- Kontent planının hazırlanması və icrası;
- Sosial media trendlərinin izlənməsi və tətbiqi;
- Kreativ məzmun (mətn, şəkil, video və s.) hazırlanmasına dəstək;
- Reklam kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;
- İzləyicilər ilə aktiv ünsiyyət qurmaq, suallara cavablandırmaq və müştəri məmnuniyyətini artırmaq;
- Sosial media statistikasını və analitik hesabatlarını hazırlamaq;
- Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media fəaliyyətini həyata keçirmək.
Şərtlərimiz
- 6 günlük iş qrafiki;
- Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
- Peşəkar inkişaf və təlim imkanları.
Müraciət üçün: Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərə bilərlər.
Tələblər
- Ali təhsil (marketinq, jurnalistika, filologiya və ya əlaqəli sahələr üstünlükdür);
- Bu sahədə minimum 2 illik iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dili bilikləri arzuolunandır);
- Sosial media platformalarını (Facebook, Instagram, LinkedIn, TikTok və s.) peşəkar səviyyədə idarə etmək bacarığı;
- Kreativ düşüncə, araşdırma və analitik bacarıq;
- Foto və video redaktə proqramlarında (Canva, Photoshop, Premiere və s.) işləmə bacarığı üstünlükdür;
- Komanda ilə işləmə, məsuliyyət və operativlik.