Div Academy

SMM üzrə təcrübəçi

Div Academy
Ə/h razılaşma ilə
1805
Təcrübə
Bakı, Azərbaycan
24/02/2026 - 10/03/2026

İş haqqında məlumat

  • Sosial media hesablarının (Instagram, TikTok, Facebook və s.) idarə olunmasında marketinq komandasına dəstək vermək;
  • Kontent ideyalarının hazırlanması, paylaşım planlarının tərtibində iştirak etmək;
  • Reels və digər video kontentlərin çəkilişi və montajında aktiv rol almaq;
  • Akademiyanın brend tonuna uyğun kreativ kontentlərin hazırlanmasında iştirak;
  • SMM strategiyalarının icrasını izləmək və hesabatlarda köməklik göstərmək.

İş şərtləri:

  • Təcrübə müddəti: 4 ay;
  • İş qrafiki: 5 günlük, həftə içi (part-time və ya full-time format mümkündür);
  • Təcrübə ödənişlidir;
  • İş mühiti: dinamik, öyrənməyə açıq, gənc və yaradıcı komanda;
  • İş yeri: Div Academy, Elmlər filialı.

Tələblər

  • Rəqəmsal marketinq və sosial media sahəsinə maraqlı olmaq;
  • SMM bacarıqlarına malik olmaq (kontent planlama, trendləri izləmə və analiz etmə);
  • Reels və qısa video hazırlama bacarığı (ideya, çəkiliş, montaj);
  • CapCut, Canva və ya digər montaj proqramlarında işləmə bacarığı;
  • Kreativ düşüncə tərzi və komanda ilə işləmək bacarığı;
  • Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar