Azercell

SOC analitiki/ Kibertəhlükəsizlik Şöbəsi

Azercell
Ə/h razılaşma ilə
2750
Tam iş günü
Bakı, Azərbaycan
29.08.2025 03:49 - 29.09.2025 12:00

İş haqqında məlumat

  • Müxtəlif Kibertəhlükəsizlik və IT alətlərin sıfırdan qurulması və sazlanması;
  • Kibertəhlükəsizlik sistemlərin (SIEM, SOAR, EDR, XDR, NDR, Email Security, DNS security, NAC, PAM, DLP, DAM və s.) inzibatçılığı işlərinin aparılması;
  • Sistem/Server əlçatanlığı, funksionallığını, tamlığı və effektivliyin dövri yoxlanılması;
  • Sistem/Server davamlı işləməsinin təmin edilməsi üçün funksional və bağlantı testlərinin aparılması;
  • Sistem/Server dövri texniki xidmətinin aparılması;
  • Sistem/Server düzəlişlərinin, yeniləmələrin və təkmilləşdirmələrin quraşdırılması;
  • Şirkət qaydaları və ehtiyacları ilə uyğunluğu tam təmin etmək üçün, beynəlxalq təcrübə standartlarından istifadə edərək, təhlükəsizlik sistemlərində siyasətlərin konfiqurasiyası;
  • Korelasiya və ya aşkarlanma qaydalarının yaradılması;
  • İnteraktiv Panellərin yaradılması;
  • Hesabatların yaradılması;
  • Daxil olan alertləri analiz etmə bacarığı;
  • İnsidentin aradan qaldırılmasında birbaşa iştirak etmə və daha dərin araşdırma;
  • İnsidentin aradan qaldırılması prosesini Incident Response komandası ilə təqib edilməsi;
  • SOC proseslərin sazlanmasında iştirak etməli;
  • Kibertəhlükəsizlik alətlərdə (SIEM, SOAR, EDR, XDR, NDR, Email Security, DNS security, NAC, PAM, DLP, DAM və s.) yaranmış problemlərin aradan qaldırılması üçün, vendorla komunikasiyada olması;
  • Yeni log mənbələrinin qoşulması, log mənbəyinin incəliklərinin sazlanması;
  • Cari İnfrastrukturda yerləşən log mənbələrinin siyahısının tətbiq olunması;
  • Daxil olan alert və insidentlər üzrə Playbookların yaradılması.

Tələblər

Təhsil:

  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi;
  • Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək.

Dil bilikləri: 

  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus dili – üstünlük verilir.

İş Təcrübəsi: 

  • Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum bir illik iş təcrübəsi;
  • Kibertəhlükəsizlik hücumlarının vektorları, zəiflikləri və istismarları haqqında anlayış;
  • Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı.

Arzu olunan Bacarıqlar:

  • Linux/Unix tipli və ya digər kibertəhlükəsizlik/İT sistemlərin sıfırdan qurulması, sazlanması və administrasiyası bacarığı;
  • TCP/IP və əlaqəli şəbəkə protokolları üzrə dərin bilik: TCP, ARP, ICMP, DHCP, DNS, HTTP, SNMP və s. kimi standart şəbəkə protokolları və müşayiəti olunan protokol/paket təhlili/manipulyasiya alətləri haqqında biliklər;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı;
  • Yüksək qavrama və analitik təhlil bacarığı.


Oxşar vakansiyalar