Aura Məişət Teknikası

Sosial Media Marketing mütəxəssisi

Ə/h razılaşma ilə
1145
Tam iş günü
Bakı, Azərbaycan
05.05.25 - 05.06.25

İş haqqında məlumat

  • Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH -ın Azərbaycan distribyutoru olan Aura Məişət Texnikası MMC üzrə Sosial Media Marketing mütəxəssisi vəzifəsi üzrə bəy və ya xanım nümayəndə tələb olunur;
  • Aşağıdakı iş təsviri sizə uyğundursa müraciət edin; sizi innovasiya, texnologiya və karyeranın gələcəyi olan şirkətdə işə dəvət edirik;
  • Şirkətin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanması və paylaşımlar etmək;
  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələr təklif etmək və sərbəst işləməyi bacarmaq;
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək;
  • Sosial Media təqvimin, effektiv post planın, mövzuların zamana görə planlaşdırılması və hazırlanması;
  • Gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımların yerləşdirilməsi;
  • Foto və video çəkilişlərin həyata keçirilməsi;
  • Aylıq hesabatları hazırlamaq;
  • 6 günlük iş qrafiki / 10:00-dan 18:00-dək;
  • Əmək müqaviləsi.

Tələblər

  •  Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək);
  • SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı;
  • Sosial media idarəetmə vasitələrindən; hootsuite, buffer, sprout social, agorapulse və s. ən azı birində bacarıqlı olmalıdır;
  • Qrafik dizayn proqramlarından; adobe photoshop ve illusrator, figma, canva və s. ən azı birində bacarıqlı olmalıdır;
  • Video redaktə proqramlarından; inshot, capcut, adobe premiere pro, final cut pro və s. ən azı birində bacarıqlı olmalıdır;
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
  • Müstəqil işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı;
  • Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.


Oxşar vakansiyalar