Bakı,
Azərbaycan
29.07.2025 11:37
-
29.08.2025 12:00
İş haqqında məlumat
Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH -ın Azərbaycan distribyutoru olan Aura Məişət Texnikası MMC üzrə Sosial Media Marketing mütəxəssisi vəzifəsi üzrə bəy və ya xanım nümayəndə tələb olunur.
Aşağıdakı iş təsviri sizə uyğundursa müraciət edin; sizi innovasiya, texnologiya və karyeranın gələcəyi olan şirkətdə işə dəvət edirik.
- Şirkətin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanması və paylaşımlar etmək;
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələr təklif etmək və sərbəst işləməyi bacarmaq;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək;
- Sosial Media təqvimin, effektiv post planın, mövzuların zamana görə planlaşdırılması və hazırlanması;
- Gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımların yerləşdirilməsi;
- Foto və video çəkilişlərin həyata keçirilməsi;
- Aylıq hesabatları hazırlamaq.
İş şərtləri:
- 6 günlük iş qrafiki / 10:00-dan 18:00-dək;
- Əmək müqaviləsi.
Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan “Namizədə tələblər”bölümündə qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sosial Media Marketing mütəxəssisi” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək);
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.)
platformalarında sərbəst iş bacarığı; - Sosial media idarəetmə vasitələrindən; hootsuite, buffer, sprout social, agorapulse və s. ən azı birində bacarıqlı olmalıdır;
- Qrafik dizayn proqramlarından; adobe photoshop ve illusrator, figma, canva və s. ən azı birində bacarıqlı olmalıdır;
- Video redaktə proqramlarından; inshot, capcut, adobe premiere pro, final cut pro və s. ən azı birində bacarıqlı olmalıdır;
- Süni intellekt vasitələrindən Gemini, Veo3, Flow, ChatGPT və s. ən azı birində bacarıqlı olmalıdır;
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
- Müstəqil işləmək bacarığı;
- İdarəçilik və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.