Fortis Construction

Sosial Media Marketinq mütəxəssisi

Fortis Construction
2000 ₼
1303
Tam iş günü
Bakı, Azərbaycan
23/12/2025 - 06/01/2026

İş haqqında məlumat

  • Yaşayış kompleksləri, tikinti layihələri, premium daşınmaz əmlak sektoru üzrə kontent yaratmaq
  • Sosial şəbəkələr və web sayt üçün kreativ kontentin seçilməsi (mətn, vizual, video briflər)
  • Tikinti prosesindən, obyektlərdən və mənzillərdən mütəmadi foto/video çəkilişlərin təşkili
  • Hədəf auditoriyanı cəlb etmək (targeting) (premium alıcılar, investorlar, biznes sahibləri)
  • Sosial şəbəkələrdə reklam kampaniyaların başlanması təhlil və idarə olunması.
  • Rəqib brendlərin monitorinqi və daha effektiv kontent strategiyalarının hazırlanması
  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi; 
  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;
  • Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
  • Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

Tələblər

  • Azərbaycan və Rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət
  • SMM sahəsində minimum 1–2 il iş təcrübəsi (əmlak və tikinti sahəsində təcrübə üstünlükdür)
  • Sosial media platformalarını (AI üzrə bilik və istifadə bacarığı) və trendlərini yaxşı bilmək
  • Estetik baxış, kreativ yanaşma və vizual trendlərə yüksək həssaslıq
  • Kontent planlama və kreativlik bacarıqları
  • Foto/video anlayışı, çəkilişin təşkili üzrə biliklər

 Kvalifikasiya tələbləri:

  • Əmək haqqı: 2000 Azn başlayaraq
  • Namizədin bilik və bacarığı şəxsi keyfiyyətlərinə görə dəyişə bilər
  • İş qrafiki: 09:00-18:00
  • 6-cı gün qısa iş günü
  • İş yeri: Ağşəhər, Mərkəzi Bulvar

CV və portfolio linkinizi "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.