Bakı,
Azərbaycan
13/03/2026
-
27/03/2026
İş haqqında məlumat
- Müxtəlif sosial media platformalarında (Instagram, Facebook, TikTok, LinkedIn və s.) marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Kontent planının hazırlanması və onun icrası
- Brendin sosial mediada tanınması və müştəri ilə əlaqələrin gücləndirilməsi üçün yaradıcı yanaşmaların tətbiqi
- Sosial media analitikası və performans göstəricilərinin izlənməsi, hesabatların hazırlanması
- Rəqiblərin analizi və bazar trendlərinin izlənməsi
- Müxtəlif vizual və mətn kontentlərinin hazırlanması ilə bağlı yaradıcı komandaya nəzarət edilməsi
- Müştərilər ilə əlaqənin saxlanılması
- Meta ads üzərindən reklamların verilməsi
Redmark sənə nə verir?
- Real agentlik mühiti və müxtəlif brendlərlə işləmək imkanı
- Kreativ ideyaların dəyər gördüyü azad iş mühiti
- Böyüyən layihələrdə məsuliyyət və təsir sahəsi
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün real imkanlar
İş forması:
- Həftə içi 5 gün
- 9:30 - 18:30
- Nahar fasiləsi: 13:30 - 14:30
- Əmək haqqı razılaşma yolu ilə.
Tələblər
- Minimum 2 il iş təcrübəsi
- Digital marketing, Meta Business Suite üzrə bilik və təcrübə
- Sosial media alətləri və trend mövzuları ilə yaxından tanışlıq
- Yüksək yaradıcılıq qabiliyyəti və yaradıcı yanaşma
- Güclü analitik düşüncə və hesabatlama bacarıqları
- Komanda ilə işləmə və müstəqil qərarlar vermə bacarığı
- Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı (rus dili arzuolunandır)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.