FLY INN BAKU

Sosial Media Marketinq üzrə mütəxəssis

FLY INN BAKU
Ə/h razılaşma ilə
5458
Tam iş günü
Bakı, Azərbaycan
28/11/2025 - 28/12/2025

İş haqqında məlumat

  • Sosial media və Google hesablarının idarə olunması (Instagram, Facebook, LinkedIn, TikTok və s.);
  • Rəqəmsal reklamların qurulması və idarə olunması (Meta Ads, LinkedIn Ads və s.);
  • Google Analytics, Facebook Ads Manager və digər analitik alətlərlə işləmək;
  • Kontent planının hazırlanması və gündəlik paylaşımların dərc olunması;
  • Video icmallar və izahlı videolar üçün ssenarilərin hazırlanması;
  • Maarifləndirici və satış yönümlü məzmunların hazırlanması (xüsusilə tibbi xidmət və cihazlar üzrə);
  • Kreativ vizuallar və video məzmunun hazırlanmasında iştirak;
  • Reklam kampaniyalarının təşkili, planlaşdırılması və nəticələrinin təhlili;
  • İzləyici artımı və aktivliyin təhlili, inkişaf planlarının hazırlanması;
  • Şərhlərə və mesajlara operativ cavab verilməsi (təkrar aradan qaldırıldı);
  • Rəqiblərin sosial media fəaliyyətinin analizi və trendlərin izlənməsi;
  • Qrafik dizaynerlə koordinasiyalı şəkildə işləmək;
  • Aylıq fəaliyyət hesabatlarının hazırlanması;
  • Sadə video çəkilişlərin aparılması və montaj edilməsi;
  • Səhifə aktivliyini artırmaq məqsədilə müsabiqələrin təşkili (sponsor tapmaq, hədiyyə paketi hazırlamaq, müsabiqə keçirmək və qalibləri müəyyənləşdirmək);
  • Influencerlərlə əməkdaşlığın qurulması və idarə edilməsi.

İş şərtləri: 

  • Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə ;
  • İş rejimi: 5 günlük ;
  • İş vaxtı: 09:00-18:00 ;
  • Nahar və servis şirkət tərəfindən qarşılanır;
  • Əmək haqqı müsahibə zamanı bildiriləcək.

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi və ya oxşar sahə üzrə ali təhsil;
  • Rəqəmsal marketinq alətləri üzrə bilik: Meta Business Suite, Ads Manager, SEO və SEM;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq; rus dili bilikləri üstünlük sayılır;
  • Punktual, kreativ və innovativ düşüncə tərzi;
  • Marketinqin müxtəlif sahələri üzrə geniş bilik və kampaniya idarəetmə təcrübəsi, xüsusilə rəqəmsal kanallar üzrə;
  • Yaradıcı təkliflər vermək bacarığı;
  • Kontent və satış yönümlü mətnlər hazırlamaq qabiliyyəti;
  • Ezamiyyələrə hazır olmalıdır.

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Sosial Media Marketinq üzrə mütəxəssis” qeyd etməklə "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar