Bakı,
Azərbaycan
31.10.2025 03:46
-
30.11.2025 12:00
İş haqqında məlumat
“Honours Academy” komandası təhsil sahəsində rəqəmsal görünürlüğümüzü gücləndirəcək, yaradıcı və nəticəyönümlü “Sosial Media Meneceri” axtarır. Bu vəzifə sosial media hesablarının idarə edilməsi, kreativ məzmunun hazırlanması, izləyici əlaqələrinin qurulması və reklam kampaniyalarının icrasında mühüm rol oynayır.
- “Honours Academy” və “Honours Coffee” üçün sosial media strategiyasını həyata keçirmək və gündəlik paylaşımları idarə etmək;
- İnstaqram, Feysbuk, Tiktok, və digər platformalarda səhifələrin idarə olunması və izləyicilərlə qarşılıqlı əlaqənin təmin edilməsi;
- Aylıq və həftəlik kontent planları hazırlamaq və komanda ilə razılaşdırmaq;
- Təlimlər, tədbirlər və gündəlik fəaliyyətlər zamanı foto və video çəkilişlər aparmaq, “story”, “reels” və post formatlarında kontent hazırlamaq;
- Məhsul və məkan çəkilişlərini təşkil etmək, çəkiliş materiallarını arxivləşdirmək;
- Post mətnlərini (“caption”) yazmaq və paylaşım üçün hazırlamaq;
- Dizayn və montaj işləri üçün dizaynerlə koordinasiya aparmaq;
- Sosial media analitik göstəricilərini izləmək, aylıq hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Yaradıcılıq imkanları və öz ideyalarını reallaşdırmaq fürsəti;
- Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
- Performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və təlim imkanları.
İş qrafiki:
- Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
- İş saatları: 10:00 – 19:00;
- İstirahət günləri: Şənbə və Bazar.
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Sosial Media Meneceri” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Sosial media platformalarının idarə olunmasında minimum 1–2 il təcrübə;
- Azərbaycan və İngilis dillərində səlis və effektiv yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ məzmun hazırlamaq və vizual estetikaya diqqət yetirmək qabiliyyəti;
- Kontent planlaşdırması və vaxtın səmərəli idarə olunması bacarığı;
- Sosial media analitikası üzrə baza bilikləri və nəticələrin təhlili;
- Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətlilik;
- Foto və video çəkilişləri ilə bağlı təcrübə (üstünlükdür);
- Dizayn proqramları (məsələn, “Canva”, “Photoshop”) ilə işləmək bacarığı (üstünlükdür).