Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- “Honours Academy” və “Honours Coffee” üçün sosial media strategiyasını həyata keçirmək və gündəlik paylaşımları idarə etmək;
- İnstaqram, Feysbuk, Tiktok, və digər platformalarda səhifələrin idarə olunması və izləyicilərlə qarşılıqlı əlaqənin təmin edilməsi;
- Aylıq və həftəlik kontent planları hazırlamaq və komanda ilə razılaşdırmaq;
- Təlimlər, tədbirlər və gündəlik fəaliyyətlər zamanı foto və video çəkilişlər aparmaq, “story”, “reels” və post formatlarında kontent hazırlamaq;
- Məhsul və məkan çəkilişlərini təşkil etmək, çəkiliş materiallarını arxivləşdirmək;
- Post mətnlərini (“caption”) yazmaq və paylaşım üçün hazırlamaq;
- Dizayn və montaj işləri üçün dizaynerlə koordinasiya aparmaq;
- Sosial media analitik göstəricilərini izləmək, aylıq hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Yaradıcılıq imkanları və öz ideyalarını reallaşdırmaq fürsəti;
- Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
- Peşəkar inkişaf və təlim imkanları.
İş qrafiki:
- Həftədə 5 gün;
- İş saatları: 10:00 – 19:00;
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. Mövzu hissəsində “Sosial Media Meneceri” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Sosial media platformalarının idarə olunmasında minimum 1–2 il təcrübə;
- Azərbaycan və İngilis dillərində səlis və effektiv yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ məzmun hazırlamaq və vizual estetikaya diqqət yetirmək qabiliyyəti;
- Kontent planlaşdırması və vaxtın səmərəli idarə olunması bacarığı;
- Sosial media analitikası üzrə baza bilikləri və nəticələrin təhlili;
- Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətlilik;
- Foto və video çəkilişləri ilə bağlı təcrübə (üstünlükdür);
- Dizayn proqramları (məsələn, “Canva”, “Photoshop”) ilə işləmək bacarığı (üstünlükdür).