Bakı,
Azərbaycan
02.07.2025 23:49
-
02.08.2025 12:00
İş haqqında məlumat
- Sosial media platformaları (Instagram, Facebook, TikTok və s.) üçün mətn və vizual kontentin hazırlanması;
- Gündəlik post və story paylaşımlarının idarə olunması;
- Ticarət mərkəzi və mağazalar üzrə real vaxtlı storylərin hazırlanması və paylaşılması
- Sosial media üzərindən daxil olan mesajların və rəylərin cavablandırılması;
- İzləyicilərlə əlaqənin gücləndirilməsi üçün canlı yayımların təşkili və idarə olunması;
- Çəkiliş heyəti ilə birlikdə mağazalara səfərlərin təşkil olunması və koordinasiyası;
- Mağazalarla çəkiliş razılaşmalarının və qrafiklərinin planlaşdırılması;
- Sosial media fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni və yaradıcı ideyaların irəli sürülməsi;
- İş yeri: Abşeron Ticarət Mərkəzi;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 1200 AZN;
- Qidalanma: Ticarət Mərkəzi tərəfindən təmin olunur.
Tələblər
- Sosial media sahəsində minimum 1-3 il iş təcrübəsi (xüsusilə ticarət və tədbir yönümlü layihələrdə);
- Story, post və canlı yayım formatlarında yaradıcı məzmun istehsalı bacarığı;
- Nəqliyyat vasitəsini idarəetmə bacarığı (sürücülük vəsiqəsinin mövcudluğu mütləqdir);
- Komandada işləmə, təşkilatçılıq və ünsiyyət bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ifadə bacarığı;
- Operativlik tələb edən iş mühitinə uyğunlaşma bacarığı;
- Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.