Bakı,
Azərbaycan
13/11/2025
-
13/12/2025
İş haqqında məlumat
- Yüksək səviyədə brendin məqsədlərinə uyğun kontent, əlaqə və reklam ssenariləri yazmaq ;
- Çəkilişlərdə həm yaradıcı, həm də texniki tərəflərə (işıqlandırma, kadr quruluşu, montaj və s.) rəhbərlik etmək;
- Sosial media platformalarının — Instagram, TikTok, YouTube və Facebook — alqoritmlərini dərindən bilmək və paylaşımları bu alqoritmlərə uyğun optimallaşdırmağa nəzarət etmək;
- Videolar və reklam çarxları üçün danışıq tərzi və ssenariləri peşəkar şəkildə hazırlamaq;
- Aktyorluq bacarığından istifadə edərək, kamera qarşısında çıxışlara və kontent istehsalına bilavasitə töhfə vermək;
- Kontent istehsalı prosesində yaradıcı yanaşma göstərmək və brendin vizual üslubuna uyğun nəticələr əldə etmək;
- Çəkiliş zamanı düzgün bədən dili, emosional təqdimat və təbii davranışla brendin mesajını effektiv şəkildə çatdırılmasına nəzarət;
- Sosial media hesabatlarını hazırlamaq və nəticələrin təhlilini aparmaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki ( 6-cı günü növbəli);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Ünvan: Bakı, Abşeron rayon, Əliağa Vahid 1 B.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Sosial media rəhbəri” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Yaradıcılıq, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı;
- Qrafik və video redaktə alətləri haqqında baza bilik (Canva, CapCut, Premiere Pro və s. üstünlükdür);
- Səlis nitq, düzgün yazı qabiliyyəti və brend tonuna uyğun kommunikasiya bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ifadə bacarığı (ingilis dili bilikləri üstünlükdür).