hrin.az
Reklam

Sosial Media Reklamları üzrə Mütəxəssis

Ramton Holding

Əmək haqqı: 1200 ₼

1819 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş24-30
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İşin təsviri

Əsas hədəfimiz :Məhsula uyğun kontentlər hazırlamaqla, həm reklam, həm də orqanik  satışların dahada artmasını təmin edən, trendləri daim izləyən və onları operativ şəkildə tətbiq etmə bacarığına sahib mütəxəssis axtarırıq!

Vəzifəyə dair gözləntilər:

  • Sosial media reklam məzmunlarının hazırlanması və paylaşım proseslərinə nəzarət 
  • Instagram və TikTok platformalarında hədəf kütləyə uyğun effektiv reklam yerləşdirilməsi (Ads Manager, Meta Business, TikTok Ads)
  • Reklam nəticələrinin daimi təhlili və optimizasiya üzrə qərarların verilməsi
  • Mövzuya uyğun orijinal kontent (mətn, vizual, video) seçimi və ya hazırlanmasının təşkili
  • Rəqəmsal yeniliklərin izlənilməsi və tətbiqi
  • Gündəlik nəticələrin izlənməsi və hesabatların təqdim olunması

Namizəddən gözlədiklərimiz:

  • Reklam nəticələrini real statistikalarla sübut edə bilmək (intervyuda şərtdir)
  • Böyük reklam büdcələrinin idarəsində praktik təcrübə
  • Yaş aralığı: 24–30
  • Minimum 3 il iş təcrübəsi
  • Facebook, Instagram, TikTok platformalarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı
  • Meta Business Manager və Ads Manager alətlərində təcrübə
  • Tədqiqat yönümlü düşüncə və yeniliklərə açıq yanaşma

Təklif etdiyimiz:

  • Əmək haqqı: 1200 Azn
  • Gəlirinizi öz performansınız müəyyən edəcək
Reklam