Aviadesk Turizm şirkəti

Sosial Media uzre Turizm Meneceri

Aviadesk Turizm şirkəti
Ə/h razılaşma ilə
641
Tam iş günü
Bakı, Azərbaycan
17/04/2026 - 01/05/2026

İş haqqında məlumat

  • Şirkətin sosial şəbəkələrinə (əsasən Instagram) gələn mesaj və sorğulara operativ, səliqəli və nəzakətli şəkildə cavab vermək
  • Müştərilərdən gələn sorğuları düzgün şəkildə yönləndirmək və məlumatlandırmaq
  • Tur paketləri və turizm xidmətləri barədə müştərilərə məlumat vermək
  • Sosial şəbəkələrdə paylaşım olunan postlara nəzarət etmək
  • Postların altındakı şərhlərə vaxtında və düzgün cavab vermək
  • Sosial media üzərindən gələn müraciətlərin effektiv idarə olunması
  • Tur satış prosesinə dəstək olmaq

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı
  • Peşəkar və mehriban kollektiv
  • Karyera inkişafı imkanı
  • Müasir və rahat iş şəraiti

İş şəraiti

  • İş qrafiki: Tam ştat (Full-time)
  • İş yeri: Bakı, Azərbaycan

Tələblər

  • Turizm sahəsində minimum 3 il iş təcrübəsi (mütləqdir)
  • Turizm sahəsində təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur
  • Sosial şəbəkələrlə işləmə bacarığı (əsasən Instagram)
  • Müştərilərlə yazılı ünsiyyət və satış bacarıqları
  • Tur paketləri və turizm xidmətləri haqqında tam biliklər
  • Azərbaycan və rus dillərində sərbəst yazılı ünsiyyət bacarığı (ingilis dili üstünlükdür)
  • Operativ, məsuliyyətli və diqqətli olmaq
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar