Bakı,
Azərbaycan
05.11.2025 11:12
-
05.12.2025 12:00
İş haqqında məlumat
- Soyuducu anbar sistemlərinin (ammonyak və ya freon əsaslı) gündəlik iş rejiminə nəzarət etmək;
- Qlikol ilə işləyən çiller sistemlərinin istismarını, texniki baxışını və təmirini həyata keçirmək;
- VRV və Split kondisioner sistemlərinin quraşdırılması, profilaktik baxımı və nasazlıqların aradan qaldırılması;
- Temperatur və təzyiq göstəricilərinə nəzarət, nasazlıq hallarında səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Elektrik və avtomatika elementləri ilə işləmək bacarığı – idarəetmə sistemlərində yaranan problemlərin diaqnostikası;
- Texniki sənədləşmələrin (baxış jurnalları, təmir qeydləri və s.) aparılması;
- Təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək.
Əlavə imtiyaz və üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
- Texniki sertifikat və ya ixtisasartırma kurslarının mövcudluğu.
Şərtlər:
- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə nəticəsinə əsasən);
- Növbəli iş rejimi.
Ünvan: Xudat
Vakansiya ilə bağlı “Soyuducu avadanlıqlar üzrə mexanik (Xudat)” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil (soyuducu texnikası, mexanika, elektrotexnika və s. istiqamətlər üzrə);
- Soyuducu sistemlər, çillerlər və vrv kondisioner avadanlıqları ilə minimum 2 il iş təcrübəsi;
- Qlikol dövriyyə sistemləri və sənaye soyuducu avadanlıqları haqqında texniki biliklər;
- Avtomatika və PLC idarəetmə sistemləri ilə işləmək bacarığı;
- Komandada işləmək, məsuliyyətli və operativ qərar vermə bacarığı.