Bakı,
Azərbaycan
16/02/2026
-
02/03/2026
İş haqqında məlumat
- Soyuducu sistemlərin quraşdırılması, sazlanması və istismarını təmin etmək;
- Mövcud sistemlərin texniki vəziyyətinə daimi nəzarət etmək üçün servis əməkdaşlarını yönləndirmək və planlı profilaktik baxış keçirmək;
- Yaranmış nasazlıqların aradan qaldırılması üçün servis şirkətini aidiyyati marketə yönləndirmək və işi icrasına nəzarət etmək;
- Enerji səmərəliliyinin artırılması və qənaət tədbirləri üzrə təkliflər hazırlamaq;
- İstismar və təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Soyuducu sistemlər üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların siyahısını tərtib etmək;
- Yeni avadanlıqların seçilməsi və quraşdırılmasında iştirak etmək;
- Hesabat, texniki sənədləşmə və iş jurnallarını aparmaq;
- İşçilərə soyuducu sistemlərin düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə təlim keçmək.
İş şərtlərimiz:
- İş qrafiki: İş günü (6 gün);
- İş saatları: 09:00-18:00(Şənbə günü qısaldılmış iş saatı);
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Tələblər
- Retail sektorunda minimum 2 il iş təcrübəsi;
- Nəqliyyat vasitəsinin olması;
- MS Office bilikləri;
- Stressə davamlılıq;
- Kollektivdə işləmək bacarığı;
- Ali təhsil olması üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.