Bakı,
Azərbaycan
30.04.24
-
30.05.24
İş haqqında məlumat
- Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq filial və məntəqələrdə metroloji təminat üzrə işləri yerinə yetirmək, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini təmin etmək;
- Metrolji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak etmək;
- İstismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən etmək və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlamaq;
- Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini yerinə yetirmək;
- Yeni ölçmə vasitə və metodlarının seçilməsi üzrə işləri yerinə yetirmək, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlamaq;
- Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak etmək;
- Şöbə rəisinin verdiyi tapşırıqları vaxtında icra etmək və hesabat vermək;
- Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
- Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak etmək;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:30 - 18:30;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
- Təhsil: Ali (Standartlaşdırma və metrologiya üzrə);
- Təcrübə: Sahə üzrə 5 il iş təcrübəsi tələb olunur;
- Ölçmə vasitələrinin kalibrlənməsi və qeyri müəyyənliyin hesablanması üzrə bacarıq və bilik;
- Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
- Ölçmə vasitələrinin kalibrlənmə nəticələrinə uyğun olaraq kalibrlənmə sertifikatı hazırladıqda qeyri-müəyyənliyin hesablanmasını yerinə yetirmək;
- Regionlara fasiləsiz ezamiyyə getmə imkanına sahib olmaq;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmək bacarmağı;
- Məsuliyyətlilik, diqqət və dəqiqlik.
İnzibati
Kənd təsərrüfatı
Elanın müddəti bitmişdir