Midtown Hotel Baku

Steward Supervisor

Midtown Hotel Baku
Ə/h razılaşma ilə
351
Növbəli iş
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

  • Hotel mətbəxində bütün qab-qacaq, qazan, tava, alət və avadanlıqların operativ şəkildə təmizlənməsi və sanitar vəziyyətdə saxlanılması.
  • Gündəlik təmizlik planına uyğun olaraq mətbəxin bütün sahələrinin (iş sahələri, zemin, divarlar, soyuducular, anbar və tullantı zonası) təmizliyinin təmin edilməsi.
  • Sənaye tipli qabyuyan avadanlıqlardan düzgün istifadə etmək, onların gündəlik texniki vəziyyətini yoxlamaq və hər hansı nasazlıq barədə rəhbərliyə məlumat vermək.
  • Qida tullantılarının düzgün çeşidlənməsi, təhlükəsiz şəkildə uzaqlaşdırılması və hotelin tullantı idarəetmə qaydalarına riayət edilməsinə nəzarət etmək.
  • Sanitar və gigiyenik standartlara (HACCP və yerli Qida Təhlükəsizliyi tələbləri) tam uyğunluğun təmin olunması.
  • Mətbəx komandasının fasiləsiz işləməsi üçün təmiz, nizamlı və hazır iş mühitinin davamlı şəkildə qorunması.
  • Gündəlik və həftəlik dərin təmizlik planlarına uyğun işlərin yerinə yetirilməsi və müvafiq qeydiyyatın aparılması.
  • Mətbəx stansiyalarına və avadanlıqlara uyğun olaraq kimyəvi təmizləyici vasitələrdən düzgün və təhlükəsiz istifadə edilməsi və işçilərə təlimlərin təşkil edilməsi
  • Qabyuyanların cədvəlinin tərtib edilməsi və həftəlik təlimlərin keçirilməsi.

Əlavə imkanlar:

  • Mehriban və peşəkar kollektiv 
  • Karyera inkişaf imkanı 

İş şəraiti

  • İş yeri: Midtown Hotel Baku, Samad Vurgun 103
  • İş qrafiki: Tam iş günü / növbəli
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Müvafiq vəzifə üzrə minimum 1-2 il iş təcrübəsi.
  • Dəqiqlik, təmizkarlıq və yüksək məsuliyyət hissi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.