Bakı,
Azərbaycan
31/03/2026
-
14/04/2026
İş haqqında məlumat
- Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
- Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş vermək;
- Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
- Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
- Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
- Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
- Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
- Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
- Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
- Resurslar və mövcud vəziyyətin qarşılaşdırılmasına dair müvafiq hesabatları təyin olunmuş zaman intervalında müvafiq şəxsə (rəhbərinə) təqdim etmə;
- Şirkətin mənafeyinə uyğun olmayan qərarlar barədə birbaşa rəhbərini zamanında məlumatlandırmaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
- İş yeri: Sulutəpə və Ramana
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700-850 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Ali təhsil üstünlükdür;
- İş təcrübəsi : Pərakənda satış üzrə
- Cins: Bəy namizəd
- Yaş həddi: 22-35 aralığında;
- Exceldə sərbəst işləmək bacarığı;
- Məsuliyyətlilik, komandada işləmək və analiz etmək bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.