Aqrar Tədarük və Təchizat

Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin müdiri

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
822
Tam iş günü
Bakı, Azərbaycan
19.08.2025 02:44 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin strateji inkişaf planlarının hazırlanması, icrası və monitorinqi;
  • Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün bazar araşdırması və strateji təhlillərin aparılması;
  • Strateji layihələr üçün maliyyə modellərinin hazırlanması, ilkin maliyyə təhlillərinin aparılması və modelləşdirilməsi;
  • Biznes proseslərinin təhlili, optimallaşdırılması və səmərəliliyinin artırılması;
  • Daxili proseslərin standartlaşdırılması və təkmilləşdirilməsi;
  • Funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak ;
  • Strateji layihələrin idarə olunması və nəticələrinin qiymətləndirilməsi;
  • İdarə heyətinə hesabatların təqdim olunması.

İş rejimi:

  • 5 günlük iş qrafiki;
  • İş saatı 09:00-18:00-dək;
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Qeyd: CV-lərinizi mövzu hissəsində “Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin müdiri / mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin təşkili və s. üzrə);
  • Strateji planlama və ya biznes proseslərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi (şöbə rəhbəri üçün – 5 il və yuxarı);
  • Layihələrin idarə olunması üzrə biliklər (PMP, Financial Modelling, Valuation Analyst üstünlükdür);
  • MS Office və biznes analitik proqramlarında sərbəst işləmək bacarığı;      
  • Strategiyanın hazırlanması və həyata keçirilməsi  sahəsində nəzəri və praktiki biliklər;
  • Biznes proseslərinin idarə edilməsi və optimallaşdırılması;
  • Büdcələşdirmə, xərclərin analizi və səmərəlilik göstəricilərinin hesablanması;
  • Layihələrin maliyyə qiymətləndirilməsi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü ünsiyyət və komanda idarəetmə bacarığı.