R - Pharm

Su hazırlanması üzrə mühəndis

R - Pharm
Ə/h razılaşma ilə
4117
Tam iş günü
Bakı, Azərbaycan
30/01/2026 - 13/02/2026

İş haqqında məlumat

  • Mütəmadi olaraq su hazırlığı sistemi avadanlıqlarının və mexanizmlərinin təmirini həyata keçirmək.
  • Su hazırlığı sahəsinin avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işləməsini təmin etmək, avadanlıqları işlək vəziyyətdə saxlamaq.
  • Su hazırlığı sistemi avadanlıqlarının sazlanması, sınaqları, təcrübə istismarı və mərhələli şəkildə istismara verilməsi işlərində iştirak etmək.
  • Sənədləri tərtibat qaydalarına uyğun doldurmaq.
  • Avadanlığın sazlanması, işlək vəziyyətinin təmin edilməsi, həmçinin su hazırlığı sahəsinin əsas və köməkçi avadanlıqlarının uzunmüddətli qəzasız istismarı üçün lazımi texniki vəziyyətdə saxlanılması işlərini yerinə yetirmək.
  • Təmizlənmiş suyun alınması, saxlanması və paylanması sisteminin sanasiyasını təşkil etmək və həyata keçirmək.
  • Sənədlərə uyğun olaraq avadanlığın profilaktik baxışını, yağlanmasını və ayrı-ayrı sistemlərin hermetikliyinin yoxlanmasını aparmaq.
  • Təlimatların layihələrini və digər texniki sənədləri (çertyojlar, spesifikasiyalar, texniki şərtlər və s.) vaxtında hazırlamaq.
  • Su hazırlığı sistemi avadanlıqlarının layihələndirilməsi üçün texniki tapşırığın hazırlanmasında iştirak etmək, texniki və işçi layihələrin hazırlanmasına dair zəruri məlumatları vaxtında təqdim etmək.
  • Avadanlıqların servis xidmətləri üzrə müqavilələr üçün texniki tapşırıqları vaxtında hazırlamaq.
  • Su hazırlığı sistemi avadanlıqları üzrə ehtiyat hissələrinin qalıqları barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.

Iş şəraiti:

  • İş yeri:Pirallahı Sənaye Parkı 
  • Servis xidməti mövcuddur;
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 5 günü;
  • Nahar şirkət tərəfindən ödənilir;
  • Tibbi sığorta
  • Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə;

Tələblər

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Müvafiq vəzifədə ən az 3 il iş təcrübəsi olmalı
  • Azərbaycan və rus dillərini bilməli
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • MS office proqramlarını əla səviyyədə bilməli;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.