Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Avtobusların daxili hissələrinin – döşəmə, tavan, oturacaqlar, sürücü kabinəsi və digər sahələrin təmizlik standartlarına uyğun şəkildə təmizlənməsinə gündəlik nəzarət etmək;
- Təmizlik prosesinin təsdiq edilmiş kimyəvi vasitələr, alət və avadanlıqlardan düzgün istifadə olunmaqla, nəqliyyat vasitələrinə zərər verilmədən həyata keçirilməsini təmin etmək;
- Təmizlik vasitələrinin, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılması prosesinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;
- Podratçı şirkətlər tərəfindən avtobuslarda icra olunan təmizlik işlərinin keyfiyyətini yoxlamaq və aşkar edilən çatışmazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;
- Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək, işin icra müddətinə və nəticəsinə nəzarət etmək;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
- Əmək, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
İş şəraiti
- İş qrafiki: növbəli qrafik
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Tələblər
- Komandaya nəzarət etmək və iş bölgüsünü effektiv aparmaq bacarığı;
- Təmizlik işlərinin təşkili, koordinasiyası və keyfiyyətinə nəzarət üzrə anlayış;
- Yüksək məsuliyyət, intizamlılıq və nəticəyönümlü yanaşma;
- Operativ qərarvermə və yaranan problemləri vaxtında həll etmə bacarığı;
- Ünsiyyət qurmaq və kollektivlə işləmək bacarığı;
- İş prosesində dəqiqlik, diqqətlilik və keyfiyyətə nəzarət bacarığı;
- Gecə növbəsində işləmək imkanı;
- Stressə davamlılıq və operativlik;
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun