hrin.az
Reklam
Kolorit restoranlar şəbəkəsi

Supervayzer

Kolorit restoranlar şəbəkəsi

Əmək haqqı: 1000 ₼

11911 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli
ŞəhərBakı
CinsFərq etməz
Yaş25-35
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

KOLORİT RESTORANLAR ŞƏBƏKƏSİNƏ SUPERVISOR TƏLƏB OLUNUR

Vəzifə öhdəlikləri:

  • Restoran personalının gündəlik fəaliyyətinə nəzarət etmək;

  • Ofisiant, kassir və digər əməkdaşlar arasında iş bölgüsünü təşkil etmək;

  • Komandanın effektiv fəaliyyətini və iş intizamını təmin etmək;

  • Müştəri məmnuniyyətinə nəzarət etmək, yaranan şikayət və problemləri operativ həll etmək;

  • Xidmət keyfiyyətinə və restoran standartlarına riayət olunmasını təmin etmək;

  • Növbələrin düzgün təşkilini və idarə edilməsini həyata keçirmək;

  • Kassa əməliyyatlarına, gündəlik satış göstəricilərinə və məhsul itkilərinə nəzarət etmək;

  • Sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etmək;

  • Gündəlik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • Yeni əməkdaşların adaptasiya və təlim prosesinə dəstək olmaq.

Namizədə tələblər:

  • Yaş: 25–35;

  • Bəy və xanım namizədlər;

  • Restoran sahəsində supervisor vəzifəsində minimum 1 il iş təcrübəsi;

  • Komandanı idarəetmə və iş bölgüsünü təşkil etmə bacarığı;

  • Güclü ünsiyyət və problem həll etmə qabiliyyəti;

  • Operativ qərarvermə və təşkilatçılıq bacarığı;

  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.

İş şərtləri:

  • İş qrafiki: 6 günlük, növbəli iş rejimi;

  • Əmək haqqı: 1000 AZN;

  • İş yeri: İçərişəhər.

Reklam