Bakı,
Azərbaycan
12/11/2025
-
12/12/2025
İş haqqında məlumat
Supervisor sifarişlərin qəbulu, qonaqların nağd və kartla hesablaşması və vitrinlərdən məhsulların paylanmasına cavabdehdir.
- Xidmət personalının (xadimələr, garsonlar, aşpazlar və s.) fəaliyyətini izləmək, onların işini düzgün və səmərəli şəkildə yerinə yetirmələrini təmin etmək;
- Hər bir işçinin vəzifələrini müəyyən etmək və onları əməliyyatın ehtiyaclarına uyğun şəkildə paylamaq;
- Xidmətin yüksək səviyyədə olmasını təmin etmək, müştərilərə ən yaxşı təcrübəni təqdim etmək üçün heyətə təlimat vermək;
- Müştərilərin şikayətlərini və narazılıqlarını dinləmək, onlara həll yolları təklif etmək və məmnuniyyəti təmin etmək;
- Müştərilərlə dostca və peşəkar ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyən etmək və cavab vermək;
- Hər hansı bir müştəriyə xüsusi xidmət göstərmək (məsələn, allergiya və ya qida tələbləri);
- Yüksək keyfiyyətli məhsul və xidmət standartlarına uyğunluğa nəzarət etmək;
- Səmərəli, mehriban xidmət standartlarını saxlamaq və komanda işlərinə dəstək olmaq;
- Üstün xidmət təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.
Şərtlər
- İş günü/saati – həftədə 6 gün, 9 saat;
- İstirahət – həftədə 1 gün;
- Kafe Ağ şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir) ;
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Cv(anket) +994503357959 nömrəsinə və yaxud Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz
Tələblər
- Orta təhsil;
- Müvafiq sahədə 1 il təcrübə;
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
- Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).