BEAST GROUP MMC

Supervisor

BEAST GROUP MMC
Ə/h razılaşma ilə
514
Tam iş günü
Bakı, Azərbaycan
08/04/2026 - 22/04/2026

İş haqqında məlumat

  • Supervisor sifarişlərin qəbulu, qonaqların nağd və kartla hesablaşması və vitrinlərdən məhsulların paylanmasına cavabdehdir.

Vəzifə və Məsuliyyətlər

  • Xidmət personalının (xadimələr, garsonlar, aşpazlar və s.) fəaliyyətini izləmək, onların işini düzgün və səmərəli şəkildə yerinə yetirmələrini təmin etmək.
  • Hər bir işçinin vəzifələrini müəyyən etmək və onları əməliyyatın ehtiyaclarına uyğun şəkildə paylamaq.
  • Xidmətin yüksək səviyyədə olmasını təmin etmək, müştərilərə ən yaxşı təcrübəni təqdim etmək üçün heyətə təlimat vermək.
  • Müştərilərin şikayətlərini və narazılıqlarını dinləmək, onlara həll yolları təklif etmək və məmnuniyyəti təmin etmək.
  • Müştərilərlə dostca və peşəkar ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyən etmək və cavab vermək.
  • Hər hansı bir müştəriyə xüsusi xidmət göstərmək (məsələn, allergiya və ya qida tələbləri).
  • Yüksək keyfiyyətli məhsul və xidmət standartlarına uyğunluğa nəzarət etmək;
  • Səmərəli, mehriban xidmət standartlarını saxlamaq və komanda işlərinə dəstək olmaq;
  • Üstün xidmət təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.

Şərtlər

  • Yeni açılacaq kafeye supervisor tələb olunur.
  • Is günü/saati – həftədə 6 gün, 9 saat, 
  • İstirahət – həftədə 1 gün,
  • Kafe Ag şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir) 
  • Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Tələblər

  • Orta təhsil,
  • Müvafiq sahədə 1 il təcrübə,
  • Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
  • İş vaxtı təmiz və nizamlı görünmək,
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
  • Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
  • Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.