Supervisor / Klinik İdarəçi (Kosmetologiyaya marağı olan)
Estemol Baku MMC
Ə/h razılaşma ilə
281
Tam iş günü
Bakı,
Azərbaycan
07/05/2026
-
21/05/2026
İş haqqında məlumat
- Klinikamızda həm idarəetmə bacarığına malik, həm də kosmetologiya sahəsinə maraq göstərən təşəbbüskar bir Supervisor axtarırıq. Bu vəzifə həm komanda rəhbərliyini, həm də estetik xidmətlərin təşkilində fəal rol almanı özündə birləşdirir. Namizədlərə kosmetologiya sahəsində inkişaf etmək və biliklərini artırmaq üçün daxili təlim və öyrənmə imkanı yaradılacaq.
Əsas Vəzifə Öhdəlikləri:
- Klinikanın gündəlik fəaliyyətinə nəzarət və ümumi idarəetmə
- Resepşn, kosmetoloq və digər texniki heyətin fəaliyyətinin koordinasiyası
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin təmin edilməsi
- İş qrafiklərinin tərtibi və daxili intizamın qorunması
- Müştəri şikayətlərinə etik və peşəkar yanaşma
- Estetik və kosmetoloji xidmətlərin təşkili və keyfiyyətinə nəzarət
- Kosmetologiya sahəsində öyrənməyə açıq olmaq və təlimlərdə iştirak etmək
- Rəhbərliyə müntəzəm hesabatların təqdim olunması
İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Başlama tarixi: Ən qısa zamanda
Təklif etdiklərimiz:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
- Kosmetologiya sahəsində öyrənmə və inkişaf imkanları
- Müasir və peşəkar iş mühiti
- Dəstəkləyici və gənc komanda
- Öz bacarıqlarını tətbiq etmək və real dəyər yaratmaq üçün ideal mühit
Tələblər
- Ali təhsil (idarəetmə, tibb, estetika və ya əlaqəli sahələr üzrə)
- Minimum 1-2 il idarəetmə təcrübəsi (xidmət və ya estetik sahədə üstünlükdür)
- Kosmetologiya və gözəllik sahəsinə maraq və inkişaf istəyi
- Liderlik və komanda motivasiyası bacarıqları
- Yüksək təşkilatçılıq və problem həll etmə qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq (Rus dili üstünlükdür)
- MS Office proqramlarında işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.