European Azerbaijan School
Ə/h razılaşma ilə
1871
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 03:43 - 05.09.2025 12:00

İş haqqında məlumat

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir.

Tabeçiliyi: Nəqliyyat üzrə koordinator

  • Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Zəhmət olmasa, CV-də yaşayış ünvanını qeyd edin. 

ƏRİZƏLƏRİN QƏBUL QAYDASI

Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya);
  • Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı;
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
  • Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı;
  • Yaş həddi 30-55.


Oxşar vakansiyalar