Bakı,
Azərbaycan
10.10.2025 02:55
-
10.11.2025 12:00
İş haqqında məlumat
- Şirkət tərəfindən təhkim olunmuş avtomobil ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
- Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək;
- Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
- Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
- Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
- Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
- Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
İş şəraiti
- İş yeri: Bakı;
- İş rejimi: 5 günlük (09:00–18:00);
- Əmək haqqı: 500-700 azn, tələb olunan bilik və bacarıqlarına görə dəyişəcək.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Sürücü” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Tələblər
- Yaş həddi: 30 - 45;
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
- Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
- Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
- Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
- Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
- Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
- Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
- Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.