Bakı,
Azərbaycan
17.10.2025 11:25
-
17.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin nəqliyyat vasitəsi ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək
– - Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək
– - Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
- Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadi nəqliyyat vasitəsini yoxlatdırmaq və zəruri işləri gördürmək.
İş rejimi
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş vaxtı: 09.00-dan 17.00-kimi;
- İş yeri : Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika 5
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700 manat təşkil edir + bonus sistemi (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sürücü” qeyd edərək qeyd olunan epoçt ünvanına göndərmələri xahiş olunur.
- DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.
Tələblər
- Təhsil: Orta təhsil;
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər;
- Cins: Bəy namizədlər üçün;
- Sürücülük vəsiqəsi: BCD kateqoriyası vacibdir;
- Yaşayış yeri Keşlə qəsəbəsi olması üstünlükdür;
- Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrutu düzgün seçmək bacarığı;
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
- Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq.