Bakı,
Azərbaycan
13/03/2026
-
27/03/2026
İş haqqında məlumat
- Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək
- Avtomobilin təmizliyini və saz vəziyyətdə saxlanmasını təmin etmək
- Avtomobilin texniki baxışdan və planlı servis xidmətlərindən vaxtında keçməsini təmin etmək
- Yol hərəkəti qaydalarına ciddi riayət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək
- Qonaqların təhlükəsiz və komfortlu daşınmasını təmin etmək
- Məxfi sənədlərin daşınması zamanı məxfilik və təhlükəsizlik qaydalarına riayət etmək
- Avtomobil yalnız xidməti məqsədlər üçün və rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında istifadə olunmalıdır
- Sürücü avtomobilin istifadəsi zamanı yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki vəziyyətinə nəzarət etməlidir
- Avtomobilin üçüncü şəxslərə verilməsi və ya istifadəsinə icazə verilməsi qəti qadağandır, yalnız rəhbərliyin yazılı və ya rəsmi tapşırığı ilə mümkündür
- Avtomobildə aşkar edilən texniki nasazlıqlar dərhal məsul şəxslərə bildirilməlidir
- Yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü dərhal müvafiq dövlət qurumlarına (yol polisi, sığorta və s.) məlumat verməlidir
- Hadisə barədə şirkət rəhbərliyinə və məsul struktur bölməyə operativ şəkildə məlumat təqdim edilməlidir.
- Hadisə ilə bağlı foto, video və digər sübut materialları mümkün olduğu qədər toplanmalıdır.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Korporativ mobil nömrə ilə təmin olunma
- Stabil və peşəkar iş mühiti
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası üçün lazımi şəraitin yaradılması
Tələblər
- Sürücülük təcrübəsi: minimum 2–3 il
- Sürücülük vəsiqəsi: B kateqoriyası
- Yaş həddi: minimum 35 yaş
- Bakı şəhərinin küçə və yol şəbəkəsini yaxşı tanımaq
- Yol hərəkəti qaydaları üzrə yüksək bilik
Şəxsi keyfiyyətlər:
- stresə davamlılıq
- intizamlılıq
- məsuliyyətlilik
- dürüstlük və etibarlılıq
- etik davranış və ünsiyyət bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.