Bakı,
Azərbaycan
16/03/2026
-
30/03/2026
İş haqqında məlumat
- Şirkət tərəfindən etibar olunmuş nəqliyyat vasitəsilə qeyd edilən ünvanlara bağlamalar və sənədlər çatdırmağı bacarmalıdır.
- Gediləcək ünvanlarda əlaqədar şəxslərin nömrələri əvvəlcədən alınmalı və getməmişdən öncə əlaqə saxlanılmalıdır.
- Məhsulları qəbul edərkən siyahı üzrə yoxlamalı və düzgünlüyünə əmin olmalıdır.
- Müştəriyə məhsulları təhvil verdikdən sonra müvafiq sənədlərin imzalanmasında iştirak etməlidir.
- Sürücü məhsulların nəqliyyat vasitəsinə yüklənməsi və boşaldılmasından məsul şəxsdir. Lazım gəldikdə, bu məhsulları nəqliyyat vasitəsinə özü yükləyib boşaltmağı bacarmalıdır.
- Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə və səliqəli olmasına nəzarət etməlidir.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- Azərbaycan Respublikası Qanunlarına uyğun rəsmləşdirmə;
- Ezamiyyə xərcləri şirkət tərəfindən təmin olunur;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Nərimanov r-nu., Heydər Əliyev pr. 97; Bağırov körp.yaxınlığında
- Əmək haqqı: 600 AZN
Tələblər
- Təcrübə: Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi
- Sürücülük vəsiqəsi: BC kateqoriyalı
- Yaş: 25- 35
- Komandada işləmə bacarığı
- Cins: Kişi
- Sürücünün yaşadığı ünvanın 6 mkr -7 mkr Yeni Yasamal ərazisində yaşaması arzuolunandır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.