Bakı,
Azərbaycan
31/03/2026
-
14/04/2026
İş haqqında məlumat
Bir neçə sürtkü materialları, filter və akkumlyator markalarının rəsmi distribütoru olan “AMS GROUP” MMC şirkəti Sürücü axtarır.
- Şirkətin təqdim etdiyi avtonəqliyyat vasitəsini qəzasız, səmərəli və düzgün texniki istismarını həyata keçirmək
- Avtomobil yağları, filter və akkumlyatorların müştərilərə təhvil verilməsi
- Bakı və Bakı ətrafında malları müştərilərə çatdırılması
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək..
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq.
İş şəraiti
- Ünvan: Badamdar şosesi
- Həftədə 5 tam iş günü, şənbə günü yarım gün
- Əmək haqqı 600-700 Azn
Tələblər
- Yaş: 25-40
- BC kateqoriyalı
- Səlis azərbaycan dil bilikləri
- yol hərəkəti və avtomobillərin texniki istismarı qaydalarını bilmək;
- avtomobilin istismarı prosesində baş vermiş nasazlıqların aşkarlanması və aradan qaldırılması üsullarını bilmək;
- yeni və təmirdən sonra avtomobillərin sürülüb yoxlanılması qaydalarını bilmək;
- avtomobilin sürülməsinin təhlükəsizliyinə təsir edən hava şəraitlərini bilmək;
- yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını bilmək;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.