BSC Consulting & Outsourcing Company
1100 ₼
294
Tam iş günü
Sumqayıt, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

Şirkətimiz beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulmaq üçün təcrübəli sürücülər axtarır.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq yük daşımalarını marşrut üzrə təhlükəsiz və vaxtında həyata keçirmək;
  • Daşınan yükün və nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etmək;
  • Nəqliyyat və yük sənədlərinin düzgün aparılmasını təmin etmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək;
  • Yol hərəkəti qaydalarına, gömrük və sərhəd-keçid prosedurlarına riayət etmək.

Marşrutlar:

  • Əsasən Türkiyə və Gürcüstan istiqamətləri;
  • Zərurət yarandığı hallarda Rusiya istiqamətində reyslər.

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki və iş saatları qarşılıqlı razılaşma əsasında müəyyən edilir;
  • Türkiyə istiqaməti üzrə hər gedib-gəlmə reysinə görə əmək haqqı: 1.100 AZN;
  • Ezamiyyət xərci: gündəlik 20 ABŞ dolları (USD);
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Tələblər

  • C və E kateqoriyalı sürücülük vəsiqəsi;
  • Etibarlı TAXO (rəqəmsal taxoqraf) kartının olması;
  • Beynəlxalq yük daşımaları sahəsində iş təcrübəsi;
  • Beynəlxalq marşrutlar üzrə sürücülük təcrübəsi;
  • Məsuliyyətlilik, intizamlılıq və diqqətlilik;
  • Uzunmüddətli səfərlərdə işləmək imkanı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar