Bakı,
Azərbaycan
01/07/2026
-
15/07/2026
İş haqqında məlumat
Baku Digital MMC Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
- Sifarişə uyğun olaraq məhsulların anbardan götürülməsini, avtomobilə yüklənməsini və ticarət nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;
- Məhsulların təhvil verilməsini və müvafiq sənədləşməni icra etmək;
- Ticarət nöqtələrindən geri qaytarılan məhsulları qəbul edərək anbara təhvil vermək;
- Şirkət məhsullarının təhkim olunmuş nəqliyyat vasitəsi ilə müəyyən edilmiş ünvanlara çatdırılmasını həyata keçirmək;
- Şirkətə məxsus avtomobilin düzgün və təhlükəsiz idarə olunmasını təmin etmək;
- Təhvil verilən məhsulların təhlükəsizliyini və salamatlığını təmin etmək;
- Nəqliyyat vasitəsinin gündəlik texniki vəziyyətini yoxlamaq, təmizliyinə və səliqəsinə nəzarət etmək;
- İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
- Verilmiş marşrut üzrə müəyyən olunmuş vaxtlarda çatdırılma və qarşılama işlərini icra etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü (6 gün)
- İş saatları: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Tələblər
- Yaş həddi: 21–45 yaş;
- Sürücülük vəsiqəsi: BC kateqoriyası;
- Sürücü vəzifəsi üzrə minimum 1–3 il iş təcrübəsi;
- Yol hərəkəti qaydalarını yaxşı bilməli və təhlükəsiz sürücülük bacarığına malik olmalı;
- Yükdaşıma və məhsulların təhlükəsiz şəkildə çatdırılması sahəsində təcrübə üstünlükdür;
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmə bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İntizamlı, məsuliyyətli, punktual və diqqətli olmalı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun