My Group Holding
800 ₼
431
Tam iş günü
Bakı, Azərbaycan
14/07/2026 - 14/08/2026

İş haqqında məlumat

  • Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun idarə etmək;
  • Məhsulların anbarlardan mağazalara, müştərilərə və digər təyinat nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;
  • Daşınan məhsulların təhvil-təslim prosesində iştirak etmək və müvafiq sənədləri təqdim etmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Avtomobilin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsizlik tələblərini gözləmək;
  • Yükləmə və boşaltma proseslərində zəruri hallarda dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

İş saatları və əmək şərtləri

  • Əmək haqqı: 800 man.
  • İş qrafiki: 5 günlük iş qrafiki.
  • İş yeri:   Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı).

Tələblər

  • Sürücü vəzifəsində minimum 1 il iş təcrübəsi; 
  • B kateqoriyalı sürücülük vəsiqəsi; 
  • Mexaniki sürətlər qutusu (mexanika) olan avtomobilləri sərbəst idarə etmək bacarığı; 
  • Yol hərəkəti qaydalarını yaxşı bilmək; 
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq; 
  • Fiziki cəhətdən aktiv və məhsulların daşınması prosesində iştirak edə bilmək. 

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Oxşar vakansiyalar