G

Sürücü

GeoProbe
Ə/h razılaşma ilə
203
Tam iş günü
Bakı, Azərbaycan
24/07/2026 - 07/08/2026

İş haqqında məlumat

GeoProbe MMC olaraq, müxtəlif növ yük və sərnişin avtomobillərini təhlükəsiz şəkildə idarə edə biləcək, məsuliyyətli və təcrübəli Sürücü axtarırıq. 

  • B və C kateqoriyası avtomobillərinin idarə edilməsi;
  • Yük daşınması və nəqliyyatın vaxtında və təhlükəsiz şəkildə yerinə yetirilməsi;
  • Avtomobilin texniki vəziyyətinin yoxlanılması və lazım gəldikdə kiçik təmir işlərinin görülməsi;
  • Nəqliyyatın səliqəli və təmiz saxlanılması;
  • Yol sənədlərinin düzgün tərtib edilməsi.

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
     

Tələblər

  • Sürücülük vəsiqəsi (B, C və E kateqoriyaları üzrə);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Yük daşıma və sərnişin daşınması sahəsində təcrübə;
  • Yol təhlükəsizliyi qaydalarına riayət etmək və müvafiq sənədlərlə işləmək bacarığı;
  • Fiziki sağlamlıq və stressə davamlılıq;
  • Yüksək məsuliyyət və diqqətlilik.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun