European Azerbaijan School
Ə/h razılaşma ilə
350
Tam iş günü
Bakı, Azərbaycan
17/08/2026 - 31/08/2026

İş haqqında məlumat

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir:

  • Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.

Tələblər

  • Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya)
  • Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı;
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
  • Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı.
  • Xalqlar, Əhmədli və Həzi Aslanov ərazisində yaşayan şəxslərə üstünlük verilir. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun