.jpg)
47920 oktyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
Yaş18+
SürücülükB kateqoriyası
Hərbi xidmətXidmətdən azad
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
Yaş18+
SürücülükB kateqoriyası
Hərbi xidmətXidmətdən azad
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
İş şəraiti
Ünvan: Qum Adası, Bakı, Azərbaycan
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş)
Vəzifə haqqında
Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət edilməsidir.
Əsas vəzifə öhdəlikləri
-Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi.
-İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.).
-İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi.
-Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi.
-Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasının təmin edilməsi.
-Stroplama və rigging avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi.
-Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin dayandırılması.
-Manitou ilə yük daşıyarkən yükün mümkün qədər aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı limitlərinin aşılmamasının təmin edilməsi.
-Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi.
-Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin məlumatlandırılması.
-Gündəlik yoxlama vərəqləri, yükqaldırma əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim edilməsi.
-Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi.
Kvalifikasiya tələbləri:
-Orta ixtisas və ya peşə təhsili
-Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
-Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim/sertifikat
-Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər
-Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi
-Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası
-PTW, LOTO və obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması
-Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar
-Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər
Təklif edirik:
-Peşəkar inkişaf və davamlı öyrənmə imkanları.
-Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı.
-Şirkət tərəfindən nəqliyyat xidməti.
-Rahat və komanda yönümlü iş mühiti.
-Rəqabətədavamlı əmək haqqı və sosial paket.


