Norm ASC

Sürücü-fəhlə (daşınma üzrə)

Norm
Ə/h razılaşma ilə
144
Tam iş günü
Bakı, Azərbaycan
14/09/2026 - 28/09/2026

İş haqqında məlumat

Hazırda şirkətimizə Sürücü-fəhlə (daşınma üzrə) vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

Vəzifə və Öhdəliklər:

  • Gündəlik olaraq zavod ərazisində yerləşən istirahət otaqlarına və ofis binasının bütün mərtəbələrinə içməli suyun çatdırılmasını və təmin edilməsini həyata keçirmək;
  • İstehsalat sahəsində iş aparılan ərazilərə birbaşa rəhbərin razılığı əsasında əlavə su təminatını həyata keçirmək;
  • Gündəlik verilən suyun, eləcə də dolu və boş su qablarının uçotunu aparmaq, su anbarına nəzarət etmək və müvafiq hesabatı birbaşa rəhbərinə təqdim etmək;
  • İçməli su ehtiyatını izləmək və tələbat əsasında təchizatçıya sifariş vermək;
  • Zavod ərazisində yerləşən tullantı konteynerlərini gündəlik yoxlamaq və onların vaxtında boşaldılmasını təmin etmək;
  • Ərazi və ofis yaxınlığında yerləşən tullantı qablarının boşaldılması;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər inzibati və təsərrüfat xarakterli tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Orta təhsil;
  • Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
  • BC kateqoriyası üzrə sürücülük vəsiqəsi;
  • Mexaniki sürətlər qutusu idarə etmə bacarığı;
  • Müştəriyönümlülük;
  • Ünsiyyət bacarığı.