Capital Construction

Sürücü (kuryer)

Capital Construction
800 - 900 ₼
2290
Tam iş günü
Bakı, Azərbaycan
20/02/2026 - 06/03/2026

İş haqqında məlumat

  • Cəmiyyət tərəfindən ona həvalə edilmiş mopedi Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına, əmək mühafizəsi və texniki təhlükəsizlik normalarına uyğun şəkildə idarə etmək;
  • Kiçik yüklərin, kiçik həcmli tikinti materiallarının və digər mal-materialların layihə daxilində və layihələr arasında vaxtında, təhlükəsiz və təyinatı üzrə daşınmasını təmin etmək;
  • Daşınan yüklərin düzgün yerləşdirilməsinə, bərkidilməsinə və qorunmasına nəzarət etmək, habelə həmin yüklərin yüklənib-boşaldılmasına yardım göstərmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik baxış keçirmək, sazlığını təmin etmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal məsul şəxsə məlumat vermək;
  • Tikinti sahələrində fərdi mühafizə vasitələrindən (kaska, qoruyucu jilet və s.) istifadə etmək, təhlükəsizlik nişanlarına və daxili qaydalara əməl etmək;

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Tələblər

  • A1 kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
  • Yol hərəkəti qaydaları üzrə bilik
  • Moped idarəetmə sahəsində təcrübə (azı 1 il)
  • Ərazidə düzgün istiqamətlənmə və marşrutları operativ müəyyən etmə bacarığı.
  • Yüksək məsuliyyətlilik, punktuallıq və operativlik
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar