Lazzoni mebel

Sürücü (Nəqliyyat vasitə üzrə)

Lazzoni mebel
800 - 1000 ₼
350
Tam iş günü
Bakı, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Şirkətimizin məhsullarını müştərilərə düzgün, vaxtında və təhlükəsiz şəkildə çatdırmaq;
  • Təhlükəsiz və düzgün idarə olunma qaydalarına riayət edərək məhsulları təhvil vermək;
  • Müştərilərə çatdırılacaq mebellərin usta ilə birlikdə maşına yüklənməsi və müştərinin evinə boşaldılmasına kömək etmək;
  • Quraşdırma prosesində ustaya kömək etmək;
  • Məhsul yığımı və montajı zamanı keyfiyyət standartlarına əməl etmək;
  • Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamalı, hər hansı nasazlıq aşkar edərsə idarə heyrətinə bildirməli və təmir olunduqdan sonra istifadə etmək;
  • Anbar müdürünün əmir və tapşırıqlarını vaxtında və səlis yerinə yetirmək.

İş Şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş qrafiki (09:00 – 18:00);
  • Əmək haqqı: 800-1000 AZN + əlavə bonus sistemi olacaqdır;
  • Şirkət daxili təlim və inkişaf programları;
  • Dinamik və dost ortamda işləmə imkanı.

Müraciət:

  • Maraqlanan namizədlərin xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sürücü” sözlərini qeyd edərək "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. Müraciətlər ancaq e-mail üzərindən olunmalıdır. Uyğun namizədlər cv-lərini göndərsinlər.

Əlaqə: 0505640164

Tələblər

  • Cinsi: Kişi;
  • Yaş heddi: 25-40 arası;
  • B C kateqoriyası sürücülük vəsiqəsi;
  • Nəqliyyat vasitəsi üzrə 2 il təcrübə;
  • Yüksək sürücülük bacarığı və yol hərəkət qaydaları biliyi;
  • Vaxtın düzgün idarə olunması və detallara diqqət;
  • Komanda ilə işləmə bacarığı;
  • Əlaqə və müştəri məmnuniyyəti sahəsində yüksək xidmət anlayışı;
  • Bakı şəhərindəki əraziləri tanıyan;
  • Sigaret çəkməyənlərə üstünlük verilir;
  • Geyim və səliqəsinə diqqət edən.